"Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunda "Mən Bəşəriyyətə Gərəyəm!" 

Bakı şəhər 3 nömrəli Uşaq İncəsənət Məktəbi tərəfindən "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunda dahi mütəfəkkir İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi münasibətilə şairin yaradıcılığına həsr olunmuş "Mən Bəşəriyyətə Gərəyəm!" adlı tədbir keçirilmişdir.

Tədbirdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov, Xalq artisti, kinorejissor Əbdül Mahmudov, "Nəsimi" filmində Fatimə rolunu canlandıran Əməkdar artist Xalidə Quliyeva, Nəsimişünas Fərəc Əliyev, Suraxanı rayon İcra Hakimiyyətinin əməkdaşı Nazim Fətullayev, uşaq musiqi və incəsənət məktəbinin direktorları və digər qonaqlar iştirak etmişdir.

İlk öncə məktəbin xoreoqrafiya sinfinin şagirdlərinin ifasında kompozisiya və "Nəsimi" filmindən epizodlar nümayiş olunmuşdur. Sonra məktəbin fortepiano şöbəsinin müəllimi Rəşidə İsgəndərova Nəsiminin bir neçə qəzəlini oxumuşdur. Məktəbin "Şəms" xalq çalğı alətləri ansamblının müşayiəti ilə xanəndə sinfinin şagirdləri Bahar Rəhimova şairin "Neylərəm" qəzəlinə yazılmış mahnısını, Gülyaz Həsənzadə isə filmdə səslənən məşhur "Yox-yox" mahnısını ifa etmişdir. Xanəndə sinfinin şagirdləri "Nəsimi" filmindən Dərvişlər obrazını canlandıraraq tədbirə xüsusi rəng qatmışdır.

Çıxış edənlər Nəsiminin böyük şəxsiyyət, dahi mütəfəkkir olduğunu vurğulayaraq "Nəsimi" filminin çəkilişi zamanı yaşanan xoş xatirələrindən, yadda qalan səhnələrdən danışmışdır. Qeyd ediblər ki, Nəsimi dahi olduğunu yazdığı qəzəlləri ilə təsdiq edib.

Tədbirin sonunda məktəbin rəsm sinfinin şagirdləri İmadəddin Nəsimiyə həsr olunmuş əl işlərindən ibarət sərgiylə tanış olmuş və xatirə şəkilləri çəkdirilmişdir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR