“Kreml baleti” teatrının quruluşunda “Min bir gecə” baleti  nümayiş ediləcək

Aprelin 11-də və 12-də Heydər Əliyev Sarayında Rusiyanın məşhur "Kreml baleti" teatrının quruluşunda "Min bir gecə" baleti nümayiş ediləcək.

Olaylar.az bildirir ki, Azərbaycan və Rusiyanın Mədəniyyət nazirliklərinin, Rusiyanın ölkəmizdəki səfirliyinin birgə təşkilati dəstəyi ilə səhnələşdirilən baletin musiqisi dahi bəstəkar, SSRİ-nin Xalq artisti Fikrət Əmirova, səhnə tərtibatı dünyaca məşhur görkəmli rəssam, SSRİ-nin Xalq rəssamı Tahir Salahova məxsusdur.

İki pərdəli baletdə "Kreml baleti" teatrının solistləri Əməkdar artistlər və bir çox beynəlxalq müsabiqələr laureatları iştirak edəcəklər. Uzun illərdir dünya teatrlarının səhnəsində böyük uğurla nümayiş etdirilən baletin xoreoqraf-quruluşçusu teatrın bədii rəhbəri Rusiyanın Xalq artisti Andrey Petrov, geyimlər üzrə rəssamı Olqa Polyanskayadır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR