Muğam Mərkəzində beynəlxalq elmi seminar 

Beynəlxalq Muğam Mərkəzində ekspertlərin və tələbələrin iştirakı ilə "Orta əsr musiqisi və musiqi alətlərinin tarixi" mövzusunda dəyirmi masa keçirikləcək. Olaylar.az bildirir ki, tədbir zamanı  Avstriyalı professor, alətşünas Tomas Şallabök, Azərbaycanın qədim musiqi alətlərinin tədqiqatçısı Məmmədəli Məmmədovun bədii rəhbərliyi və xalq artisti, professor Fəxrəddin Dadaşovun musiqi rəhbərliyi altında "Əsrlərin sədası" ansamblının qədim Şərq və Qərb musiqisinə həsr olunmuş birgə konserti keçiriləcəkdir.
Martın 16-da  Muğam Mərkəzində həmin Mərkəzin "Dəyirmi masa" layihəsi çərçivəsində  Beynəlxalq Muğam Mərkəzinin Azərbaycan Milli Konservatoriyası və Bakıdakı Avstiya səfirliyi, həmçinin, Azərbaycan Dillər Universiteti ilə birgə təşkil etdiyi "Orta əsr musiqisi və musiqi alətlərinin tarixi" adlı tədbir, bununla yanaşı, saat 19:00-da eyni təşkilatçıların təqdim etdiyi qədim Şərq və Qərb musiqisinə həsr olunmuş konsert keçiriləcəkdir.

Tədbirdə Beynəlxalq Muğam Mərkəzinin direktoru , Azərbaycanin xalq artisti , professoru Murad Hüseynov , AMK-nın rektoru, xalq artisti, professor Siyavuş Kərimi , AMK-nın elmi işlər üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Lalə Hüseynova, AMK-nın "Milli musiqi alətlərinin təkmilləşdirilməsi" elmi-tədqiqat laboratoriyasının rəhbəri, alətşünas-tədqiqatçı Məmmədəli Məmmədov, avstriyalı musiqişünas-orqanoloq, bəstəkar, professor Tomas Şallabök, xalq artisti, professor Fəxrəddin Dadaşov, ADU-nin müəllimi Lətifə Qurbanova və başqalarının iştirakı nəzərdə tutulmuşdur.  
İşrirakçıların qədim musiqi alətləri haqqında, onların təkmilləşdirilməsi və bərpası, bu müqabildə, digər perspektivlər və s. kimi rəngarəng mövzularda məruzələri dinləniləcəkdir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR