“Tanrıya 14 məktub” tamaşası təqdim ediləcək - Gənc Tamaşaçılar Teatrında

Gənc Tamaşaçılar Teatrında fransız dramaturqu Erik Emmanuel Şmidtin "Oskar və çəhrayı dama" əsəri əsasında hazırlanan "Tanrıya 14 məktub" tamaşasının ictimai baxışı olub. Tamaşanın premyerası isə 24 martda baş tutacaq.

Olaylar.az bildirir ki, tamaşaya teatrın rejissoru, əməkdar artist Nicat Kazımov quruluş verib. Tamaşanın quruluşçu rəssamı Mustafa Mustafayev, xoreoqrafı əməkdar artist Nailə Məmmədzadədir. Tryukların quruluşu İsa Əsədova, musiqi tərtibatı Şamxal Novruzluya aiddir. Rolları Anar Səfiyev, Zemfira Əbdülsəmədova, Mirsənan Kazımlı, Qəmər Məmmədova, Ramil Məmmədov, Bəhram Həsənov, Zümrüd Quliyeva, Aygün Fətullayeva, Vahid Orucoğlu, Təhminə Məmmədova, Anar Seyfullayev, Nurlan Süleymanlı, Zülfiyyə Alhüseynova, Müşfiq Əliyev, Araz Pirimov canlandırırlar.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR