Əli Əmirlinin "Varlı qadın" pyesi Osetiya səhnəsində

Gənc Tamaşaçılar Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanov Şimali Osetiya - Alaniya Respublikasında yaradıcılıq səfərində olub. Olaylar.az bildirir ki, o, Vladimir Txabsayev adına Osetiya Milli Akademik Dram Teatrı səhnəsində yazıçı-dramaturq Əli Əmirlinin "Varlı qadın" pyesinə quruluş verib.

Pyes osetin dilinə çevrilib və yerli tamaşaçılar Azərbaycanlı müəllifin əsərini öz doğma dillərində son dərəcə maraqla qarşılayıblar. Bəhram Osmanov uğurlu tamaşaya görə diplom və təşəkkürnamələrə layiq görülüb. Həmçinin Osetiya-Alaniya Respublikasının başcısı V.Bitarovun fərmanı ilə xüsusi diplom, və "Osetiyanın himayadarı uastatji" qızıl medalı ilə təltif olunub. Eyni zamanda rejissor Şimali Osetiya - Alaniya Respublikasının Milli Məclisinin deputatı, Heydər Əliyev adına "Azəri" Azərbaycan Milli Mədəniyyət Cəmiyyətinin rəhbəri Fuad Kazımov tərəfindən təşəkürnamə ilə təltif edilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR