“Trubadur” operası nümayiş olunacaq

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin "Trubadur" operası nümayiş olunacaq. Olaylar.az bildirir ki, Azərbaycan Opera və Balet Teatrının rəhbərliyi əsas partiyalardan biri olan Qraf di Luna partiyasını ifa etmək üçün Moskvanın "Qelikon-opera" Teatrının solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Maksim Perebeynosu dəvət edib.

Nümayişi martın 16-na nəzərdə tutulan səhnə əsərində Leonora partiyasını Serbiya milli operasının aparıcı solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Yasmina Trumbetaş ifa edəcək. Yeri gəlmişkən, bir neçə gün öncə Belqradda eyniadlı tamaşada həmin partiyanı gənc opera ulduzu - Əməkdar artist Afaq Abbasova çox böyük uğurla canlandırıb.

Səhnə əsərində digər rollarda azərbaycanlı vokal ustaları, Əməkdar artistlər Fərid Əliyev (Manriko), Əliəhməd İbrahimov (Rüis), solistlər Nina Makarova (Azuçena) və Tələt Hüseynov (Qoca qaraçı) çıxış edəcəklər.

Opera sənət ocağının baş dirijoru, Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin və "Humay" milli mükafatının laureatı Əyyub Quliyev tərəfindən idarə olunacaq.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR