Zaur: "Həyat yoldaşımdan ayrılanda yanımda idiniz?" AÇIQLAMA

Bəzi saytların yaydığı xəbərə görə, aparıcı Zaur Nəbioğlu həyat yoldaşından ayrılıb. Cütlük bir müddətdir ki, ayrı yaşayır. Hətta onlar arasında rəsmi boşanma da olub. Açıqlama verən Zaur haqqında deyilənlərə cavab verib: "Mən heç vaxt şəxsi həyatımla gündəmə gəlmək istəməmişəm. Hazırda haqqımda yayılanlar barədə də danışmaq istəmirəm. Sosial şəbəkələr və bəzi "sayt"lar yazıblar ki, guya evləndiyim xanım xalam qızıdır. Mən həyat yoldaşımdan boşanıb onu və qızımı küçəyə atmışam. Hətta indi ayrıldığı xanım ikinci arvadımdır. Bu sözləri yazan adamlara demək istəyirəm ki, bu hadisələr baş verəndə yanımda idiniz? Utanmırsınız? Sizlərə ayıb olsun! Barəmdə lazımsız şaiyə yayanlar yalnız hansısa müğənnilərin yanında prodüserlik edib, sonra həmin ifaçılarla fəaliyyətlərinə son qoyaraq "jurnalistlik" edənlərdir. Bu müqəddəs peşəni çox ucuzlaşdırıblar".

Qeyd edək ki, Zaurun yanvar ayında qızı dünyaya gəlib.

sia

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR