Kəmaləddin Qədimin “Yaşamaqda nə varsa” adlı kitabı işıq üzü görüb

Şair Kəmaləddin Qədimin sayca altıncı - "Yaşamaqda nə varsa" adlı kitabı işıq üzü görüb. Kitabda şairin son illərdə yazdığı şeirlər və "Köç" adlı poeması yer alıb. Bundan başqa şair "Yığış gedək, günahım", "Günahı yazan mələk" və s. kitabların müəllifidir. Kəmaləddin Qədim "Türk ədəbiyyatına xidmət" (Türkiyə) və "Vektor" Beynəlxalq Elm Mərkəzinin Şahmar Ələkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatı laureatı, Prezident mükafatçısıdır. ("OLAYLAR" İA) 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

DİGƏR XƏBƏRLƏR