"Oskar"lar paylandı

Dünya kinematoqrafının ən nüfuzlu mükafatı olan "Oskar"ın təqdimat mərasimi keçirilib. 85-ci "Oskar" mükafatları nominantları öz mükafatlarını alıblar. ANS PRESS-in dünya mətbuatına istinadla verdiyi məlumata görə, möhtəşəm gecənin ən yaddaqalan məqamları "Ən yaxşı qadın" nominasiyasının alibi Cennifer Lourensin yıxılmağı olub.
"Ən yaxşı film" mükafatına Ben Aflektin "Arqo" filmi sahib çıxıb. 7 nominasiyada namizəd olan film 3 "Oskar" alıb. Bu kateqoriyada filmin qalibin adını isə ABŞ-ın birinci xanımı Mişel Obama açıqlayıb.
"Ən yaxşı kişi" Stiven Spilberqin "Lincoln" filmindəki roluna görə, Daniel Day Levis üçüncü dəfə qızıl heykələ yiyələnib.
"Ən yaxşı qadın" nominasiyasında ən yaxşı kino mükafatı "Silver Linings Playbook" (Mənim sevgilim dəlidir) performansına görə, Cennifer Lourensin olub.
Digər nominasiyaların qalibləri isə bunlardır:
"Ən yaxşı rejissor işi" Anq Lee, "Life of Pi" (Pinin həyatı)
"Ən yaxşı köməkçi qadın rolu" Enn Hetvey "Les Miserables" (Rədd edilmiş)
"Ən yaxşı köməkçi kişi rolu" Kristof Valtz "Django Unchained" (Azad edilmiş Canqo)
"Ən yaxşı sənədli film" "Searching For Sugar Man" (Şəkər adamın axtarışı)
"Ən yaxşı quruluş" "Arqo", Xarici dildə ən yaxşı filmin quruluşuna görə isə "Amour"(Sevgi)(Avstrya)
"Ən yaxşı animasiya" "Brave" (Qoçaq), Mark Andrevs və Brenda Çapman
"Ən orjinal musiqi" "Life of Pi" (Pinin həyatı), Maykl Danna
"Ən orjinal mahnı" "Skyfall", Adel Adkins və Paul Epvort
"Ən yaxşı qısa animasiya" "Paperman" (Kağız adam), Coh Kars
"Ən yaxşı qısametrajlı film" "Curfew" (Komendant saatı), Şavn Kristensen
"Ən yaxşı kostyum" "Anna Karenina", Jacqueline Durran
"Ən yaxşı makiyaj və saç düzümü" Lisa Vestkott və Juliya Dartnell, "Les Miserables" (Rədd edilmiş)
"Ən yaxşı görüntü effekti" "Life of Pi" (Pinin həyatı)

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

DİGƏR XƏBƏRLƏR