Əlyazmalar İnstitutunda XVII elmi-nəzəri konfrans keçiriləcək

İyun ayında AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan "İmadəddin Nəsimi: sələflər və xələflər - orta əsrlər əlyazmaları və Azərbaycan mədəniyyətinin tarixi problemləri" mövzusunda XVII elmi-nəzəri konfrans keçiriləcək.

Olaylar.az bildirir ki, konfrans Prezident İlham Əliyevin "Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında" 2018-ci il 15 noyabr tarixli Sərəncamı və "Nəsimi ili" çərçivəsində reallaşacaq.

Tədbirdə Nəsiminin həyat və yaradıcılığı, zəngin bədii irsinin tədqiq, təbliğ və tərcümə problemləri, şairin ardıcıllarının bədii dünyası, hürufilik fəlsəfi cərəyanı və həmin cərəyanın görkəmli nümayəndələri ilə bağlı məruzələr dinləniləcək.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR