“Keçmişə səyahət” kitabı təqdim edildi

Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin nəzdində fəaliyyət göstərən "Hacı Zeynalabdin Tağıyev Klubu"nun növbəti tədbiri keçirilib.

Olaylar.az bildirir ki, tədbirdə geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Səidə Mirizadənin "Keçmişə səyahət" (rus dilində) kitabının təqdimatı olub.

Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı çıxış edərək kitabın əhəmiyyətini diqqətə çatdırıb, nəşrin tariximiz üçün dəyərli mənbə olduğunu vurğulayıb.

Məlumat verilib ki, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin kiçik qızı Sürəyya Abdullayevanın ömür yoluna həsr olunmuş kitabda nadir sənədlər, fotoşəkillər və xatirələr toplanıb.

Muzeyin elmi katibi, dosent Fərhad Cabbarov Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətindən bəhs edib.

Digər çıxış edənlər də təqdimatı keçirilən kitabla bağlı fikirlərini bölüşüblər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR