Aşıqlar Sarayda bir araya gələcək

Martın 5-də Heydər Əliyev Sarayı və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə "Yaz bayramı - saz bayramı" adlı konsert proqramı təqdim olunacaq. Heydər Əliyev Sarayında reallaşacaq konsertdə ustad aşıqlar, gənc saz ifaçıları, mədəniyyət və incəsənət xadimləri iştirak edəcək.

Olaylar.az bildirir ki, gecədə Nazpəri Dostaliyeva, Əli Tapdıqoğlu, Samirə Əliyeva, Qələndər Zeynalov, Altay Məmmədov, Ağamurad İsrafilov, İlham Aslanbəyli, Ramin Qarayev, Sərdar Məmmədov, Gözəl Kəlbəcərli, Nəbi Nağıyev, Nazim Quliyev, Avdı Musayev, Şaiq İsayev, Telli Borçalı, Roman Azaflı, Şöhrət Kərimov, Elbrus Hüseynov, Familə Göyçəli, Kəmalə Qubadlı, Lətifə Çeşməli, Dəmir Vəliyev və başqaları çıxış edəcək.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR