“Dahi hekayəçi” növbəti dəfə səhnədə

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında ilin yeni baleti - Frans Şubertin musiqisi əsasında səhnəyə hazırlanmış "Dahi hekayəçi" növbəti dəfə təqdim olunub.

Olaylar.az bildirir ki, balet görkəmli Danimarka yazıçısı Hans Xristian Andersenin nağıllarına həsr edilib. Səhnə əsərinin süjet xəttini yazıçının "Kənd xoruzu və flüger", "Qar kraliçası", "Düyməcik", "Qalay əsgər", "Sehrli dibçək", "Kralın təzə libası" kimi dünyaca məşhur olan nağılları təşkil edir. Andersenin nağılları əsasında baletin librettosunu Əjdər Ulduz yazıb. Tamaşanın quruluşçu baletmeysteri Opera və Balet Teatrı balet truppasının bədii rəhbəri, Xalq artisti, Kamilla Hüseynova, dirijoru Orxan Həşimov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Tehran Babayevdir.

Baletdə teatrın balet truppasının artistləri iştirak ediblər. Əsas rollarda Əməkdar artistlər Samir Səmədov, Nigar İbrahimova, Makar Ferştandt, Fərid İbrahimov, solistlərdən Elmira Süleymanova, Anar Mikayılov, Timur Oduşev, Ayan Eyvazova, Cəmilə Kərimova və digərləri çıxış edib.

Azyaşlı tamaşaçılar üçün nəzərdə tutulmuş baletin son dərəcə gözəl musiqisi, orijinal xoreoqrafiyası və baxımlı dekorasiya və səhnə kostyumları uşaqlar və onların valideynlərinin çox xoşuna gəlib, səhnə əsəri maraqla qarşılanıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR