Teleaparıcı: “ 10 ildir əllərimi yumuram...”

ABŞ-ın ən böyük telekanallarından olan Fox-un xəbər aparıcısı Pete Heqset canlı efir zamanı 10 ildir əllərini yumadığını deyib.

Harvard Universitetində aspirantura bitirən Heqset gözü ilə görmədiyi üçün mikrobların real olmadığını düşündüyünü söyləyib:

"İnsanların cibində əl təmizləmək üçün maye sabun daşıyan bir cəmiyyətdə yaşayırıq. Əllərini gündə 19 min dəfə yumaqla özlərini xilas edəcəklərini düşünürlər. Əlbəttə, özümə baxıram, amma bir o qədər beynimə salmıram".

Qeyd edək ki, bir televiziya kanalına müsahibəsində ABŞ Prezidenti Donald Tramp mikroba qarşı həssas olduğunu demiş, insanların lazımsız yerə əl verərək görüşməsindən şikayətlənərək mümkün qədər tez-tez əllərini yuduğunu da bildirmişdi.

teleqraf

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR