"Fiqaronun toyu" nümayiş olunub

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində P.O.Bomarşenin əsəri əsasında hazırlanmış "Fiqaronun toyu" tamaşası nümayiş olunub. Tamaşada Teatr sənəti fakültəsi Musiqili teatr aktyoru ixtisası üzrə təhsil alan III kurs tələbələri çıxış edib. Olaylar.az bildirir ki, tamaşanın quruluşçu rejissoru Ruslan İsmayılov, musiqi və rəqslərin müəllifi 3-cü kurs musiqili teatr aktyoru Nəzrin İsmayılova, bitmeykeri Televiziya rejissorluğu ixtisasının tələbəsi Aleksandr Hacıyevskidir.

Səhnə əsərində Nəzrin İsmayılova, Əlizamin Abbasov, Tural Xəlilbəyli, Fidan Əliyeva, Hüseyn Sadıqov, Ayşən Əsədova, Muxran İsmayılov, Jalə Hacızadə, həmçinin ikinci kurs tələbələri Qüdrət Qurbanzadə, Elvin Nuri, Əli Heydərov və Fəridə Qurbanova çıxış edir. Janrı "maskalı oyun" kimi təyin olunan tamaşa mütəxəssislər və tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Nümayişdən sonra ADMİU-nun rektoru professor Ceyran Mahmudova, Teatr sənəti fakültəsinin dekanı dosent Ellada Hüseynova, Musiqili teatr aktyoru kafedrasının müdiri professor İlham Namiq Kamal, Teatrşünaslıq kafedrasının müdiri professor Aydın Talıbzadə, professor İsrafil İsrafilov, Xalq artisti Məmmədsəfa Qasımov və digər müəllimlərin iştirakı ilə keçirilən müzakirədə tələbə-aktyorların ifaları təhlil olunub, tamaşanın özünəməxsus rejissor yozumu, maraqlı plastik həlli, musiqi tərtibatı və aktyor ifası ilə fərqləndiyi vurğulanıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR