İradə Aytelin yeni kitabı işıq üzü gördü

Bu yaxınlarda yazıçı-şair, publisist, AYB, AJB və UASB-nin üzvü İradə Aytelin yeni kitabı işıq üzü gördü.

Kitab müəllifin müxtəlif illərdə qələmə aldığı Azərbaycan Vətən Müharibəsi zamanı Şəmkir rayonunun Seyfəli kəndindən könüllü olaraq döyüşə atılan Şəhid oğullarımızın fədakarlıqlarından bəhs edən publisistik yazılardan ibarətdir.

"Elm və Təhsil" nəşriyyatında (Bakı-2019) çap olunan "Seyfəli şəhidləri" kitabının redaktoru Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyi Gəncə şəhər təşkilatının sədri Bəyanət Qasımov, üz qabığının müəllifi rəssam Nəvai Metindir.

Kitab Türkiyənin İzmir şəhərində yerləşən Uluslararası Aktivist Sanatçılar Birliyinin dəstəyi ilə çapa hazırlanmışdır.

Bundan əvvəl müəllifin "Sevgidən doğulan işıq" (şeirlər), "Bir cüt qızılgül" (sənədli roman), "Çiçək açan dərdlərim" (şeirlər), "İkimizin bir evimiz varıydı" (şeirlər), "Partizanın acı həqiqətləri" (sənədli roman), "Sədnik Paşa Pirsultanlının nəsri" (elmi-monoqrafiya), "Eynək taxan Günəş" (uşaqlar üçün hekayələr), "Qanlı öpüşlər" (hekayələr) kitabları işıq üzü görmüşdür.

//kultur.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR