“Aşıq Qərib” baleti təqdim ediləcək

Yanvarın 27-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında üçpərdəli "Aşıq Qərib" baleti təqdim ediləcək. Olaylar.az bildirir ki, libretto müəllifi dahi bəstəkar Üzeyir Hacıbəyli olan səhnə əsərinin xronometrajı 1 saat 50 dəqiqədir.

Baletin dirijoru Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, quruluşçu rəssamı isə Əməkdar incəsənət xadimi Əyyub Fətəliyevdir.

Baletmeysteri Xalq artisti Qəmər Almaszadə olan balet Əməkdar artist İsmayıl

Ələkbərov tərəfindən idarə olunacaq.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR