İqor Ponomarenkonun iştirakı ilə “Cinema Hits Show” konserti

Fevralın 23-də Heydər Əliyev Sarayında məşhur rusiyalı dirijor, musiqiçi və bəstəkar İqor Ponomarenkonun iştirakı ilə "Cinema Hits Show" konsert proqramı təşkil ediləcək. Olaylar.az bildirir ki, konsertdə dünyaca məşhur bəstəkarlar Ennio Morricone, Ramin Cavadi, Vladimir Kosma, Nino Rota və digərlərinin əsərləri təqdim olunacaq.

"İP Orchestra"nın təqdimatında "Titanic", "The Godfather", "Game of Thrones", "Fifth Element", "Sherlock Holmes", "Star Wars", "Pirates of the Caribean", "Harry Potter", "Kill Bill", "Pink Panther", "Pretty Woman" və digər əfsanəvi kinofilmlərdən musiqilər səsləndiriləcək.

Biletləri Heydər Əliyev Sarayının kassasından, iticket.az saytından onlayn, "ASAN xidmət", "Gənclik" və "28 Mall" ticarət mərkəzlərindəki kassalardan əldə etmək olar.

İqor Ponomarenko dəfələrlə Azərbaycanda böyük konsert proqramları ilə çıxış edən məşhur musiqiçi, dirijor, bəstəkar və "IP Orchestra" layihəsinin rəhbəridir. O, Dubayda "Transformers" filminin musiqisinə yazılmış yeni "Concordia" layihəsini uğurla təqdim edib.

Sənətkar mütəmadi olaraq Rusiya və digər ölkələrdə konsert proqramları ilə çıxış edir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR