Bölgələdə beynəlxalq seminar

Mədəniyyət Nazirliyinin sifarişi, Şəki və İsmayıllı Regional Mədəniyyət İdarələrinin təşkilati dəstəyi ilə bu günlərdə Zaqatala rayonu Suvagil kənd folklor evində və Ağsu rayonu Çiyni kənd klubunda "Mədəniyyət işçilərinin müasir peşə səriştələri" adlı beynəlxalq təlim-seminar keçirilib.

Olaylar.az bildirir ki, Zaqatala rayonu Suvagil kənd Folklor Evində baş tutan tədbirdə Asif Usubəliyev, Belarus Respublikası Xalq Sənətləri və Mədəni Maarifləndirmə İşləri üzrə Metoki Mərkəzin direktoru Oleq Xmelkov, şöbə müdiri Valentina Volçkova, gənc mədəniyyət işçiləri və rayonun qabaqcıl gəncləri iştirak edib. Tədbirdən öncə Zaqatala rayonu İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə Asif Usubəliyevi və Belarusiya Respublikasından gələn qonaqları qəbul edərək mədəniyyət sahəsində beynəlxalq təcrübə mübadiləsinin vacibliyini vurğulamış tədbirin həyata keçirilməsinə uğurlar arzuladı.

Tədbiri giriş sözü ilə açan A.Usubəliyev Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə keçirilən "Mədəniyyət işçilərinin müasir peşə səriştələri" adlı beynəlxalq seminar - təlimin müstəsna əhəmiyyətə malik olduğunu qeyd edib. Daha sonra Belarus Respublikası Xalq Sənətləri və Mədəni Maarifləndirmə İşləri üzrə Metoki Mərkəzin direktoru Oleq Xmelkov çıxış edərək bildirdi ki, dövlət siyasətinin bir çox istiqamətlərində müşahidə olunduğu kimi, mədəniyyət sahəsində də daim yeni və daha təkmil formatların axtarışı aparılır. Adıçəkilən Mərkəzin şöbə müdiri Valentina Volçkova 2 ölkə arasındakı kənd klublarının fəaliyyəti haqqında danışaraq onların oxşar və fərqli motivlərini təhlil etdi.

Ağsu rayonu Çiyni kənd klubunda keçirilən tədbirdə giriş sözü ilə çıxış edən İsmayıllı Regional Mədəniyyət İdarəsinin Ağsu rayonu üzrə nümayəndəsi Cavanşir Şeydazadə tədbir iştirakçılarına uğurlar diləmiş və belə beynəlxalq tədbirlərin keçirilməsinin zəruriliyini vurğuladı.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR