Musiqili Teatrda həftəsonu

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu maraqlı tamaşalar oynanılacaq.

Qurumun mətbuat xidmətindən bildirilib ki, noyabr ayının 23-ü və 24-də saat 14:00-da "Hacı Qara" (M.F.Axundzadə), 23-də "Bir dəfə Bağdadda" (E.Sabitoğlu, V.Kolmanovski) musiqili komediyası (rus dilində), 24-də "Mənim günahım" (İ.Əfəndiyev) və noyabrın 25-də "Baladadaşın toy hamamı" (Elçin) tamaşaları isə axşam saat 19:00-da nümayiş olunacaq.

Balaca teatrsevərlər noyabrın 24-də "Bremen musiqiçiləri və Pen" (C.Barri, Qrim qardaşları), 25-də isə rus dilində "Qoğalın məcaraları" (Rus xalq nağılı) tamaşalarına saat 12:00-da baxa bilərlər.

Həftəsonu nümayiş olunacaq səhnə əsərlərində sevimli aktyorlar ifa edəcəklər.

Musiqili Teatr həftəsonunu yaddaqalan keçirmək istəyən hər kəsi bir-birindən maraqlı tamaşalara baxmağa dəvət edir. Teatrsevərlər 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və "ASAN Xidmət" mərkəzlərindən, eləcə də iticket.az saytından əldə edə bilərlər

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR