Aqil M.Quliyevdən Amaliya Pənahovaya - İTHAF

Rejissor Aqil M.Quliyev çəkdiyi "Şaman" filmini mərhum xalq artisti Amaliya Pənahovanın xatirəsinə həsr edəcək.

Olaylar.Az xəbər verir ki, bu barədə "ölkə.az"a açıqlamasında rejissor bildirib:

"Amaliya xanımla sonucu dəfə ötən il görüşüb film barədə danışmışdıq. Vəfat etməsi xəbərini sizdən eşidirəm. Çox pis xəbər oldu. "Şaman" filmində daha bir xalq artisti Yuri Baliyev də çəkilirdi və o da vəfat etdi. Allah hər ikisinə rəhmət eləsin!"

Qeyd edək ki, A.Pənahovanın çəkildiyi sonuncu film olan "Şaman" qədim türk mifologiyası üzərində qurulan əhvalatdır. Filmin təqdimatı bu ilin əvvəlində keçiriləcəkdi.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR