Muğam Mərkəzində elmi konfrans keçirildi

Beynəlxalq Muğam Mərkəzində ölkəmizdə ilk dəfə keçirilən Orqan Musiqisi Festivalı çərçivəsində "Azərbaycan orqan sənətinin inkişafı yolu" (1900-2018 illər) mövzusunda elmi konfrans keçirilib.

Olaylar.az bildirir ki, Azərbaycan Orqan Musiqisi Festivalı  "Mədəniyyət" televiziya kanalı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi  və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsidir. Konfransda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orqanologiya elmi laboratoriyasının müdiri, professor Maya Qafarova, orqan sinfinin müdiri, professor Tahirə Yaqubova,  AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Muğamşünaslıq şöbəsinin müdiri Sevil Fərhadova, Bəstəkarlar İttifaqının üzvü, dosent Lətifə Əliyeva və Azərbaycan Respublikasında Höte İnstitutunun Alman dili tədris mərkəzinin müdiri Zəhra Əlıyeva Azərbaycanda orqan musiqisinin inkişaf yolu haqqında müxtəlif mövzularda məruzələrlə çıxış etdilər.  

Məruzələrdə zəngin musiqi aləmində öz layiqli yerini tutan Azərbaycan orqan musiqi məktəbi  və onun qısa zaman müddətində keçdiyi inkişaf yoluna nəzər salındı, qeyd edildi ki, hazırda orqan musiqisinə böyük peşəkarlıqla yiyələnmiş və bu sənəti dünya səviyyəsində təmsil edən musiqiçilərimiz var.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR