İstanbul Hərbi Muzeyi ilə Milli Azərbaycan Tarixi Muzeyi arasında əməkdaşlıq

İstanbul Hərbi Muzeyi ilə Milli Azərbaycan Tarixi Muzeyi arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.

Olaylar.az bildirir ki, İstanbul Hərbi Muzeyinin sektor müdiri Sezgin Kaya AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində olub.

Muzeyin direktoru, akademik Nailə Vəlixanlı rəhbərlik etdiyi müəssisənin fəaliyyətindən danışıb. Alim muzeydə səmərəli elmi-tədqiqatlar aparıldığını, uğurlu nəticələr qazanıldığını diqqətə çatdırıb. O, Prezident İlham Əliyevin tapşırığı ilə mədəniyyət ocağının əsaslı təmir olunduğunu vurğulayıb.

Görüşdə muzeydə qorunan eksponatların, xüsusən XVIII-XIX əsrlərə aid bayraqların bərpası, həmçinin iki qurum arasında gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.

Sonda türkiyəli qonağa muzeyin nəşrləri hədiyyə edilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR