Türkiyəli məşhurlar Azərbaycanda

Nizami Kino Mərkəzində "Dünya hali" romantik komediya filminin qala gecəsi olub.

Filmdə əsas rolları ifadə edən məşhur aktyor və müğənni Murat Dalkılıç, eləcə də aktrisalar Melis Sezen və Serenay Aktaş da qala gecəsində iştirak ediblər.

Türkiyəli incəsənət ulduzları ölkəmizdə onlara göstərilən yüksək qonaqpərvərlikdən məmnun qaldıqlarını bildiriblər.

Rejissor Ömər Canın çəkdiyi "Dünya hali" filmi aşiq olma qorxusu yaşayan Sərdarın və onun məhəbbət bəslədiyi Gizemin sevgi yollarından bəhs edir.

Ekran əsəri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR