Respublika uşaq rəsm müsabiqəsinin birinci yekun sərgisi açıldı

Bakı Xətai Sənət Mərkəzinin elan etdiyi "Mənim yay tətilim-2018" adlı respublika uşaq rəsm müsabiqəsinin birinci yekun sərgisi açılıb.

Müsabiqəyə ümumilikdə 700-dək uşaq, 1700 əsəri ilə qatılıb. Müsabiqənin birinci yekun sərgisində 12 yaşa qədər 150 uşağın 160 işi nümayiş edilir.

Sərginin açılışından öncə Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov çıxış edərək sərginin əhəmiyyətindən danışıb.

Vurğulayıb ki, müsabiqə Mədəniyyət, Təhsil nazirlikləri, "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə məktəblilərin yay tətil xatirələrini rənglərlə anlatma bacarıqlarını təkmilləşdirmək məqsədilə təşkil edilib. Müsabiqənin məqsədi tətil ərzində yadda qalan, onların diqqətini çəkən, hadisə və məkanları, fiqur və ya epizodları uşaq və yeniyetmələrin təqdimatında tablo üzərində görməkdir.

Sonra qonaqlar sərgi ilə tanış olublar. Müsabiqənin ikinci yekun sərgisində 12-17 yaşarası 140 uşağın 145 işi nümayiş ediləcək.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR