Muğam Mərkəzində növbəti konserti

Beynəlxalq Muğam Mərkəzində "Azərbaycan xalq mahnıları" adlı festivalın növbəti konserti keçirilib.

Olaylar.az bildirir ki, Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə keçirilən  "Mədəniyyət" kanalının "Azərbaycan xalq mahnıları" adlı festivalı çərçivəsində   növbəti konsert oldu.

Konsertdə Xalq artisti, tarzən  Ramiz Quliyev, pianoçu Nizami Əliyev, pianoçu Leyla Əliyeva və qarmonda Seymur Həsənov xalq mahnılarını yeni aranjemanda tamaşaçılara təqdim ediblər.

Konsert tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, oktyabrın 8-dən başlanan festival ayın 12-də yekunlaşacaq.

"Azərbaycan xalq mahnıları festivalı" çərçivəsində azərbaycan xalq mahnıları müxtəlif səpgidə tamaşaçılara təqdim olunub və olduqca maraqla qarşılanıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR