Qara Qarayevin Ev Muzeyinə ekskursiya təşkil olunub

Pirallahı Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə bir qrup Pirallahı rayon məktəblisinin Azərbaycan incəsənətinin dahi nümayəndəsi bəstəkar Qara Qarayevin ev muzeyinə ekskursiyası təşkil olunmuşdur. Anadan olmasının 100 illik yubileyi ilə əlaqədar 01 oktyabr 2018-ci il tarixində açılışı olan ev-muzeyi Qara Qarayevin Azərbaycan musiqisinə bəxş etdiyi əvəzsiz töhfələrə  verilən qiymətdir.

Olaylar.az xəbər verir ki, muzeyin əməkdaşları ekskursiya çərçivəsində məktəblilərə  Qara Qarayevin ev muzeyi, bəstəkarın fəaliyyəti, yazdığı əsərlər haqqında ətraflı məlumat verib. Dahi bəstəkarın gənclərə qayğısından, musiqimizə sahib çıxmasında göstərdiyi fədakarlıqdan danışılıb. Qeyd olunub ki, Qara Qarayev Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyovun yolunu davam etdirən, milli musiqimizi öz dövrünün avanqard bəstəkarlıq texnikası ilə uzlaşdıraraq mədəniyyətimiz tarixində yeni səhifə açan bir bəstəkar olub.

Sonra məktəblilər Muzeyin ekspozisiyasında Qara Qarayevin həyat və yaradıcılıq yolunu əks etdirən nadir materiallar - sənədlər, əlyazmalar, fotoşəkillər, tamaşa və konsert afişaları, bəstəkarın şəxsi əşyaları və istifadə etdiyi məişət əşyaları ilə tanış oldular. Dahi bəstəkarın ev-muzeyi ilə tanışlıq məktəblilərə xoş bir təəssürat bəxş etdi.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR