“Azərbaycan xalq mahnıları” festivalının konserti davam edir

Beynəlxalq Muğam Mərkəzində "Azərbaycan xalq mahnıları" adlı festivalın növbəti konserti keçirilib. Olaylar.az bildirir ki, Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə keçirilən  "Mədəniyyət" kanalının "Azərbaycan xalq mahnıları" adlı festivalı çərçivəsində  növbəti konsert oldu.

Gecədə  Əməkdar artist Nuriyyə Əhmədova, Əməkdar mədəniyyət işçisi Solmaz Kosayeva,  Səbinə Ərəbli, Abgül  Mirzəliyev, Almaxanım Əhmədli, Rəvanə Əmiraslanlı, solistlər Ülviyyə Sədaqət, Aşur Adıgözəlov, Sərxan Bünyadzadə, Könül Məmmədova, Məftun Məmmədov, Nisbət Sədrayev, Səma Sultanova, Elgiz Əliyev, Sədaqət Ulduz, Ariz Hüseynov, Malik Həsənov, Zümrüd Məmmədova, Aqil Rzayev çıxış ediblər.

Konsertdə  ifaçıları Xalq artisti Adil bağırovun bədii rəhbərliyi ilə Əhsən dadaşov adına "Xatirə" xalq çalğı alətləri ansamlı və Əməkdar artist Nuriyyə Əhmədovanın bədii rəhbərliyi ilə "Dədə Qorqud" folklor ansamblı  müşayiət edirdi.

Festivalın növbəti konserti oktyabrın 10-da  saat 19:00- da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək. Giriş sərbəstdir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR