Tələbələr “Cümhuriyyət tələbələri” filmini izlədilər

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Fondun "Mədəni maarifləndirmə" proqramı çərçivəsində fəaliyyət göstərən "Kinoklub"un növbəti toplantısı olub. Klub üzvləri Azərbaycan Dövlət Pedaqoji Universitetin nəzdindəki Pedaqoji Kollecdə ARB "Aranfilm"in yaradıcı heyəti ilə görüşüblər.

Olaylar.az bildirir ki, fondun aparıcı məsləhətçisi Ramilə Qurbanlı iştirakçılara təmsil olunduğu qurumun həyata keçirdiyi maarifləndirici layihələr barədə məlumat verib. Bildirib ki, "Kinoklub"un fəaliyyəti gənclərin estetik zövqünün formalaşdırılması ilə yanaşı, maarifləndirici elmi-kütləvi sənədli filmlərin baxışının təşkili, sosial video-çarxların hazırlanması, qısametrajlı filmlərin çəkilməsi, ssenarilərin yazılması, yaradıcı insanlarla görüşlərin təşkili məqsədi ilə yaradılıb.

Tədbirdə ARB "Aranfilm"in bədii rəhbəri Tahir Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş mühazirə ilə çıxış edib. Tələbələrə "Cümhuriyyət tələbələri" sənədli filmi nümayiş olunub.

Nümayişdən sonra film ətrafında fikir mübadiləsi aparılıb. Yaradıcı qrup "Kinoklub"un üzvü olan tələbə-tamaşaçıların suallarını cavablandırıb.

"Kinoklub"un növbəti toplantısı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində keçirilib. Klub üzvləri 4-cü kurs tələbələrinin ifasında Azərbaycan dramaturgiyasının banisi M.F.Axundzadənin "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası əsasında hazırlanan tamaşanı izləyiblər. Tamaşadan sonra klub üzvləri M.F.Axundovun yaradıcılığı və onun komediyalarının səhnə həlli ilə bağlı fikir mübadiləsi aparıblar.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR