Amerikalı musiqiçi Bakıda konsert verəcək

Amerikalı repçi və musiqiçi Uordsmis Azərbaycana gəlib.

Səfirlikdən verilən məlumata görə, Uordsmis və onun qrupu Bakıda müxtəlif konsertlər, yerli musiqiçi və tələbələr üçün ustad dərsləri təşkil edəcək.

Amerikalı reper öz qrupu ilə birlikdə ABŞ Dövlət Departamentinin İncəsənət Elçiləri Proqramı çərçivəsində ilk dəfə Azərbaycanda çıxış edəcək. Bu proqram mədəniyyətlərarası anlaşma və əməkdaşlığı inkişaf etdirmək üçün dünyanın müxtəlif ölkələrinə səfərini təşkil edir.

Uordsmisin Azərbaycandakı bütün konsertləri ictimaiyyət üçün açıq və ödənişsizdir. ABŞ səfirliyi Amerikan hip-hop musiqisi ilə maraqlananları aşağıda qeyd olunan konsertlərə dəvət edir:

13 oktyabr, saat 19:00 - Park Bulvar Moll

16 oktyabr, saat 19:00 - YARAT Müasir İncəsənət Məkanı

20 oktyabr, saat 19:00 - Rəşid Behbudov adina Mahnı Teatrı

Qeyd edək ki, Uordsmis 2018-ci ili Marin Alsop və Baltimor simfonik orkestri ilə birlikdə "Heyvanların Karnavalı" üçün hip-hop hekayəsinin təqdimatı ilə başlayıb.

report

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR