Rusdilli tamaşaçıların diqqətinə!

Azərbaycan Dövlət Musiqili Teatrı həmişə olduğu kimi, bu ay da rusdilli tamaşaçılarını unutmayıb.

Rusdilli tamaşaçıları üçün iki səhnə əsəri hazırlayıb. Belə ki, yaradıcı kollektiv "Bir dəfə Bağdadda" adlı ilk səhnə əsərini oktyabrın 12-də, saat 19.00-da tamaşaçılarının ixtiyarına verəcək.

Növbəti "Qızıl cücə" adlı səhnə əsəri isə oktyabrın 14-də, saat 12.00-da təqdim olunacaq. Hər iki tamaşaya böyüklərlə yanaşı, balaca rusdilli tamaşaçılar da baxa bilər.

Biletləri şəhərin bütün teatr-konsert kassalarından və "ASAN xidmət" mərkəzlərindən əldə etmək olar.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR