Özbəkistan televiziyasında Yunus Oğuz yaradıcılığından bəhs ediləcək

Yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun elmi və bədii yaradıcılığına maraq getdikcə artır. Qələmə aldığı tarixi romanların bir neçə ölkədə təqdimatını reallaşdıran Yunus Oğuz Özbəkistanda da dəfələrlə səfərdə olub. "OLAYLAR" xəbər verir ki, səfərlər çərçivəsində bir sıra mühüm görüşlər keçirən Yunus Oğuz yaradıcılığına Özbəkistan televiziyaları və KİV-ləri böyük maraq göstərib. Belə ki, Yunus Oğuz bu ölkənin "Mədəniyyət və Mərifət" telekanalının qonağı olub və proqramda Yunus Oğuzun yaradıcılığından geniş bəhs edilib.

Qeyd edk ki, azərbaycanlı tanınmış yazıçı, türkoloq alim Yunus Oguz yaradıcılığı haqqında Özbəkistanın "Mədəniyyət və Mərifət" telekanalında veriliş cari il 15 və 16 oktyabr tarixlərində nümayiş etdiriləcək.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR