“Mənim günahım” növbəti dəfə anşlaqla izlənildi

Oktyabrın 7-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində xalq yazıçısı İlyas Əfəndiyevin "Mənim günahım" pyesi əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunub.

Olaylar.az bildirir ki, tamaşanın ilk dəfə 2015 -ci ildə təqdim olunmasına baxmayaraq, tamaşaçılar bu gün də sevərək izləyirlər. Hər nümayişi izdihamla izlənilən tamaşaya peşəkar aktyor heyəti cəlb olunub. Maraqlı səhnə yozumu olan, müasir həyat həqiqətləri və romantik bir sevgi dastanını xatırladan əsərdə əsas obrazları xalq artistləri Məleykə Əsədova, Hacı İsmayılov, əməkdar artistlər Elşən Rüstəmov, Əjdər Həmidov, Əlvida Cəfərov, Hicran Nəsirova, aktyorlar Elnar Qarayev, Dilarə Nəzərova, Rüstəm Rüstəmov, Ləman İmanova, Cümşüd Zeynalov və Günel İmanova oynayıblar.

Səhnə əsəri xalq artisti Mərahim Fərzəlibəyovun quruluşunda təqdim olunub. İki hissəli dramatik və etiraf dolu səhnə əsərinin quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, işıq üzrə rəssamı Rafael Həsənovdur.

Qeyd edək ki, 1967-ci ildə qələmə alınan pyesin ilk tamaşası elə həmin ildə Əşrəf Quliyevin quruluşunda təqdim olunub. Pyesin motivləri əsasında 1985-ci ildə eyniadlı ekran əsəri də yaradılıb. Yarım əsrlik zaman fasiləsindən sonra Akademik Milli Dram Teatrı yenidən bu pyesə müraciət edib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR