Rəsul Həsənovun "Düha"sı

Oktyabrın 12-də Azərbaycan Fotoqraflar Birliyində növbəti sərgi keçiriləcək. Olaylar.az bildirir ki, Rəsul Həsənovun "Düha" sərgisində artıq üç ildir ki,  keçirilir. Bu il onun baş tutuacaq ikinci "Düha" adlı fotoillüstrasiya janrındakı sərgisində 40-dan çox portret əsəri təqdim olunacaq.

Rəsul Həsənov 1991-ci ildə Bakı şəhərində dünyaya gəlmişdir. Qırlı damların, meynəli ağacların, gilli divarların rəngarəng və doğma abu-havasında böyümüşdür. 2013-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Texnologiya və Dİzayn" fakultəsindən "Dizayn" ixtisası üzrə məzun olmuşdur. 2009-cu ildən qrafik dizayn sahəsində peşəkar fəaliyyət göstərir. DÜHA sərgisi Azərbaycan Demokratik Cümhuriyyətinin 100 illiyinə həsr olunub. Özünün yaratdığı fotoillüstrasiya janrındakı portretlər seriyası 2014-cü ildən öz yolunu başlayır.  Qeyd edək ki, sərgi oktyabrın 13-nə kimi davam edəcək.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR