Dram Teatrında “Ah, bu uzun sevda yolu“ tamaşasının premyerası keçirilib

Akademik Milli Dram Teatrında Mikayıl Müşfiqin 110 illiyinə həsr edilmiş tədbir keçirilib. Olaylar.az bildirir ki, Mədəniyyət Nazirliyi və Milli Dram Teatrının birgə təşkilatçılığı ilə təşkil edilən tədbir Prezident İlham Əliyevin Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi haqqında Sərəncamına əsasən reallaşıb. Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı Mikayıl Müşfiqin həyat və yaradıcılığından danışıb.
Sonra unudulmaz şairin xatirəsinə həsr edilmiş "Ah, bu uzun sevda yolu" tamaşasının premyerası olub. Dramaturq Əli Əmirlinin eyniadlıəsəri əsasında hazırlanan səhnə əsəri iki hissəli tale dramıdır. Tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir.
Səhnə əsəri Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanıb.
Rolları əməkdar artistlər Anar Heybətov, Münəvvər Əliyeva, Ayşad Məmmədov, xalq artisti Hacı İsmayılov, aktyor Elnar Qarayev, əməkdar artistlər Elşən Rüstəmov, Mehriban Xanlarova, aktyorlar İlyas Əhmədov, Vüsal Mustafayev, Xədicə Novruzlu, Rada Nəsibova (Qadın) və əməkdar artist Elşən Cəbrayılov ifa edir.
Tamaşanı Xanım Həsənova idarə edib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR