X Beynəlxalq Uşaq Muğam Festivalı yubiley konserti

Beynəlxalq Muğam Mərkəzində X Beynəlxalq Uşaq Muğam Festivalının final mərhələsi keçirildi.

Festival  Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, "Kainat" Gənclik Mərkəzinin  təşkilatçılığı ilə  baş tutdu. Olaylar.az bildirir ki, ilk olaraq müxtəlif ölkələrin nümayəndələrinin təbrik teleqramları videoçarxla tamaşaçılara təqdim olundu.       

Daha sonra səhnəyə Gənclər və İdman nazirinin müavini İntiqam Babayev çıxaraq, Azərbaycanda muğam ifaçılığına göstərilən qayğıdan, muğamın inkişafından danışdı. "Kainat" Gənclik Mərkəzinin direktoru, təşkilat komitəsinin sədri Rahib Rəsulzadə bu illər ərzində keçirilən Beynəlxalq Uşaq Muğam Festivalındakı iştiraklarına görə hərkəsə uğurlar arzuladı  və minnətdarlığını bildirdi. 

Bu ilki festivalda  9 ölkədən gəlmiş uşaq muğam ifaçıları Bəşirli Kənan, Şahbazov Xaqani, İsmayilov Ruslan(Azərbaycan), Wafaa Emad Mahmod Hussein Abouzaid (Misir), Kakayeva Humay (Türkmənistan),Dilnaz Tashmukhamed (Qazaxıstan),Asrayeva Jasmina, Khakimov Umidjon,Nishanov  Shokhrukh  (Özbəkistan), Namatbekov Boogachy,Burkanov Ramil (Qırğızıstan),Sultan İpek (Türkiyə), Yaınus tahseen Mohammed (İraq),  Farbakhti Artan (İran) öz ölkələrini təmsil etdilər.

İfaları Beynəlxalq münsiflər heyəti qiymətləndirdi. Münsiflər heyətinin sədri Xalq artisti,tarzən, professor Ağasəlim Abdullayev idi. Festival iştirakçılarını Baba Salahov adına  "Araz" xalq çalğı alətləri ansamblı müşayiət edirdi.

İştirakçılardan Bəşirli Kənan Qran-priyə, Şahbazov Xaqani, Wafaa Emad Mahmod Hussein Abouzaid, -birinci yerə, Farbakhti Artan, İsmayilov Ruslan, Kakayeva Humay, Yaınus tahseen Mohammed ikinci yerə,Rahimjan Sayat, Nishanov  Shokhrukh, Burkanov Ramil, Sultan İpek, Dilnaz Tashmukhamed üçüncu yerə layiq görüldülər.

Qaliblərə xüsusi diplom və qiymətli hədiyyələr verildi. Beş nəfər iştirakçıya həvəsləndirici mükafat təqdim olundu.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR