Teatr mövsümü “Leyli və Məcnun” tamaşası ilə açdı

Gənc Tamaşaçılar Teatrı 91-ci mövsümünə qədəm qoyub. Balaca tamaşaçılara üçün "Şirinlər", daha sonra isə Azərbaycan şairi Məhəmməd Füzulinin "Leyli və Məcnun" poemasının motivləri əsasında hazırlanmış eyniadlı tamaşa təqdim olunub.

"Şirinlər" tamaşasından öncə Teatrın uşaqlar və yeniyetmələrlə iş üzrə əməkdaşı, əməkdar artist Ötkəm İskəndərov balaca tamaşaçıları salamlayıb, teatrın onlar üçün hazırladığı maraqlı səhnə əsərlərindən söz açıb. Daha sonra tamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadə uşaqlarla kiçik viktorina keçirib, qalib teatrın növbəti tamaşasına dəvətnamə ilə mükafatlandırılıb.

Uşaqlar "Şirinlər"i böyük sevgiylə qarşılayıblar, rəqslər və şən zarafatlar balacaları xeyli əyləndirib.

"Leyli və Məcnun" tamaşasından öncə isə Gənc Tamaşaçılar Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanov çıxış edərək bu mövsümün teatrın həyatında xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Tamaşanın quruluşçu rejissoru və səhnələşdirmənin müəllifi Əməkdar artist Nicat Kazımovdur. Quruluşçu rəssamı Elnur Axundov, musiqi tərtibatçsı Həmid Kazımzadə, tryukların quruluşçusu İsa Əsədov, rejissoru Müşviq Əliyev, rejissor assistenti Günay Qasımovadır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR