Teatrda premyera

Akademik Milli Dram Teatrında Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan "Sinif yoldaşları" tamaşasının premyerası olub. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, premyerada əsərin müəllifi Yuri Polyakov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Mədəniyyət naziri Əbülfəs Qarayev, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov, Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla və başqaları iştirak edib.

Məşhur rus yazıçı-dramaturqu Yuri Polyakovun eyniadlı pyesi əsasında hazırlanan səhnə əsəri melodram janrındadır. 

Tamaşanın müəllifi, quruluşçu rejissoru və rəssamı Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, bəstəkarı xalq artisti Siyavuş Kərimi, rejissor assistenti Ceyran Həsənlidir.

Yeni yaradıcılıq işində teatrın məşhur və sevilən aktyorları - əməkdar artistlər Sənubər İsgəndərli, Şəlalə Şahvələdqızı, Rövşən Kərimduxt, xalq artistləri Ramiz Novruz, Cəfər Namiq Kamal, Səidə Quliyeva, əməkdar artist Füzuli Hüseynov, aktyorlar Mətləb Abdullayev, İlahə Həsənova, Rüstəm Rüstəmov və Vüsal Mustafayev, Ziya Ağa, Vüsal Məmmədov və Mehman Fətullayev çıxış edirlər.

Əsəri Azərbaycan dilinə yazıçı Etimad Başkeçid tərcümə edib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR