Kamera musiqisi səsləndi

Beynəlxalq Muğam Mərkəzində möhtəşəm kamera musiqisi səsləndi.

Heydər Əliyev Fondunun  və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə  hər il Üzeyir Hacıbəyli adına X Beynəlxalq Musiqi Festivalı keçirilir. Festival çərçivəsində Azərbaycan mədəniyyət xadimləri ilə yanaşı, xarici musiqiçilərin də iştirakı ilə konsertlər, tamaşalar, konfranslar keçirilir. 

Beynəlxalq Muğam Mərkəzində nəinki bizim yerli musiqiçilərimizin sevdiyi, hətta xarici ifaçıların da sevdiyi bu gözəl səhnədə T. Dokşiser adına Rusiya kvinteti "New Life Brass" adlı möhtəşəm konserti keçirilib.

Həmyerlimiz ABŞ- da doğulub yaşamış isdedadlı skripkaçı Azər Dəmirov və virtuoz pianoçu Zülfiyyə Sadıqova ilə birlikdə paytaxtımızın musiqisevərlərini öz gözəl ifaları ilə sevindirdilər.

İfaçılar Azərbaycan bəstəkarları Q.Qarayevin, F.Əmirovun əsərləri ilə bərabər   xarici bəstəkərlardan  İ.Brams, F.List, K.Debüssi, və həmçinin Murad Kajlayevin  musiqilərini səsləndirdilər.

Konsert kamera musiqisevərlər tərəfindən maraqla qarşılandı.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR