Teatrın 2 əməkdaşı mükafatlandırıldı

Azərbaycan Prezidentinin sərəncamı ilə yüksək fəxri adlara layiq görülmüş incəsənət xadimlərinə Mədəniyyət naziri Əbülfəs Qarayev tərəfindən mükafatlar təqdim edilib.

Onların sırasında Musiqili Teatrın 2 əməkdaşı -quruluşçu rəssam Nabat Səmədovaya "Əməkdar rəssam", quruluşçu baletmeyester Yelena Ağayevaya isə "Əməkdar artist" fəxri adlarını təsdiq edən vəsiqələr verilib.

Musiqili Teatrın hər iki əməkdaşı onlara verilən fəxri ad üçün ölkə rəhbərliyinə və Mədəniyyət nazirliyinə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Əməkdar rəssam Nabat xanım uzun illər digər incəsənət qurumlarında çalışsa da, son dövr yaradıcılığı Musiqili Teatrla sıx bağlıdır.

"Bu mükafatlar mədəniyyətimizə - teatr və incəsənətimizə göstərilən yüksək diqqət və qayğının bariz nümunəsidir, bizim çiyinlərimizə düşən məsuliyyətdır. Biz bundan sonra da maddi-texniki bazası müasir dünya standartlarına cavab verən, möhtəşəm teatrımızda daha da səylə, ruh yüksəkliyi ilə çalışacağıq. Teatr bizim milli sərvətimizdir"-deyə Yelena Ağayeva sevincini belə bölüşüb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR