Hüseyn Cavid anılacaq

Sumqayıt Dövlət Dram Teatrı 50-ci yubiley mövsümünü sentyabrın 25-də açacaqdır. Olaylar.az bildirir ki, kollektiv mövsümün ilk tamaşası olaraq N.Muradoğlunun "Zülmətdə nur" yeni səhnə əsərini tamaşaçılara təqdim edəcəkdir.

Tamaşanın quruluşçu rejissoru xalq artisti Firudin Məhərrəmov, musiqi tərtibatçısı Telman Qəniyevdir.

Əsas obrazları əməkdar artistlər İlahə Səfərova, Rauf Ağakişiyev, Cəlal Məmmədov, İzaməddin Bağırov, aktyorlar Habil Xanlarov, Oqtay Mehdiyev, Şəmistan Süleymanlı, Sədaqət Nuriyeva, Dağlar Rüstəmov, İlahə Səfərova, İlham Səfərli, Şəhla Məmmədova, Rövşad İlyasov, Akif Mirzəyev ifa edirlər.

Tamaşa 1937-ci il represiya qurbanlarının, əsasən də H.Cavid ailəsinin faciəvi həyatından bəhs edir. Tamaşada H.Cavid ilə bərabər, o dövr Stalin və Bağırov Siyasətinin qurbanları Ə.Cavad, M.Müşviqin və onların həyat yoldaşları Şükriyyə və Dilbər xanımın represiya əzablarından səhnədə yer almışdır

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR