Teatrda premyera - “Sinif yoldaşları”

Sentyabrın 23-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan "Sinif yoldaşları" tamaşasının premyerası olacaq.

Teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı Olaylar.az-a bildirir ki, məşhur rus yazıçı-dramaturqu Yuri Polyakovun eyniadlı pyesi əsasında hazırlanan səhnə əsəri melodram janrındadır.

Tamaşanın müəllifi, quruluşçu rejissoru və rəssamı Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, rejissor assistenti Ceyran Həsənlidir.

Yeni yaradıcılıq işində Xalq artistləri Ramiz Novruz, Cəfər Namiq Kamal, Səidə Quliyeva, Əməkdar artistlər Sənubər İsgəndərli, Füzuli Hüseynov, Şəlalə Şahvələdqızı, Rövşən Kərimduxt, aktyorlar Mətləb Abdullayev , İlahə Həsənova, Rüstəm Rüstəmov, Vüsal Mustafayev, Ziya Ağa , Vüsal Məmmədov və Mehman Fətullayev çıxış edəcəklər. Əsəri Azərbaycan dilinə yazıçı Etimad Başkeçid tərcümə edib.

Qeyd edək ki, Yuri Polyokov "Əmrə yüz gün qalmış", "Rayon miqyaslı fövqəladə vəziyyət", "Süddə çəpiş" romanları ilə məşhurlaşıb. Əsərləri əsasında iyirmiyə yaxın bədii film çəkilib, pyesləri çoxlu sayda teatr səhnələrində tamaşaya qoyulub. O, Moskvada nəşr olunan "Literaturnaya qazeta"nın baş redaktoru, Rusiya Dramaturqlar Gildiyasının sədridir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR