Metropoliten sərnişinlərə Milli Musiqi Günü sürprizi etdi

Artıq 4-cü ildir ki, 18 Sentyabr - Milli Musiqi Günündə Bakı metropoliteninin sərnişin axını daha çox olan bir neçə bir neçə stansiyası bu bayramın ovqatına köklənir. "OLAYLAR" xəbəör verir ki, bu gün də səhər saat 11-dən başlayaraq, günortadan bir qədər ötüşənə kimi metronun "İçərişəhər", "Sahil", "28 May" və "Elmlər Akademiyası" stansiyaları növbə ilə sərnişinləri canlı musiqi sədaları altında qarşılayıblar.

Metropolitenin çoxsaylı sosial layihələrindən biri olan bu tədbirin proqramına milli və klassik musiqi nümunələri və əlbəttə ki, Üzeyir Hacıbəylinin əsərlərindən parçalar daxil edilib. 18 sentyabr dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin doğum günüdür. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və 1995-ci ildə imzaladığı Fərmanla dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olduğu bu tarix Azərbaycanda hər il Milli Musiqi Günü kimi təntənə ilə qeyd olunur.

Metro stansiyalarında peşəkar ifaçılar sərnişinlərdə günün ruhuna uyğun ovqat yaradıblar. Bunu stansiyaya daxil olan və ya oranı tərk edən insanların işıqlı çöhrəsindən, alqışlarından da görmək olurdu. Onların arasında stansiya işçilərinə yaxınlaşaraq, təşəkkürünü bildirənlər də oldu.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR