Teatrda görüş – Foto

Azərbaycan Respublikası Kinomataqrafiya İttifaqının sədri, Azərbaycan Respublikasının Xalq Artisti, Dövlət Mükafatı Laureatı Şəfiqə Məmmədova və Azərbaycan Respublikası Dövlət Musiqili teatrının direkotru Əməkdar İncəsənt Xadimi , həm sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev Sumqayıt Dövlət Dram Teatrının qonağı olub. Teatrın direkotru Əməkdar Artsit Mübariz Həmidov qonaqları əsaslı təmir olunmuş teatr binası ilə tanış edib. Daha sonra yeni tamaşanın məşq prosesində iştirak edən Xalq Artisti Şəfiqə Məmmədova tamaşanın yaradıcı heyəti ilə görüşüb onlara uğurlar arzulamışdır. Sonra Sumqayıt şəhər Mədəniyyət İdarəsinin rəisi Əməkdar Mədəniyyət İşçisi Mehman Şükürov və teatrın direktoru Mübariz Həmidov Sumqayıt şəhərinin görməli yerləri- yeni qurulmuş Bayraq Muzeyi, H.Əliyev mərkəzi və milli parkla tanış ediblər.

"Mən Sumqayıt şəhərində 30 il öncə olmuşam və teatrda Lermontovun chr("39")Maskaradchr("39") tamaşasını izləmişəm. Sumqayıt şəhəri, onun küçələri,abadlığı, yeni tikilən binalar, teatr binasının təmiri, milli parkı məni sözün əsl mənasında özünə heyran etdi. Belə bir şəhərdə yaşamaq və çalışmaq insana zövq verir. Doğurdan da Bakıdan çox da uzaq olmayan Sumqayıt şəhərinin qısa müddətdə bu dərəcədə füsunkar şəkildə dəyişməsi, yenilənməsi insanda qürur hissi yaradır" deyə xalq artisti Şəfiqə Məmmədova şəhərlə tanışlıqdan sonra öz heyranlığını bu fikirlərlə bildirib.

Əməkdar İncəsənət Xadimi, Musiqili teatrın rəhbəri Əliqismət Lalayev də Sumqayıtın az müddət arzində sürətlə abadlaşmasını xüsusilə qeyd edərək, böyük məmnuniyyətlə Sumqayıt Dövlər Dram və Dövlət Musiqili teatrları arasında yaradıcılıq mübadilələrinin qurulmasına dair iki teatr rəhbərliyi arasında müqavilə bağlanması təklifini dəstəkləyərək, tezliklə bu məsələnin həll edilməsi barədə fikirlərini bölüşdü.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR