Teatr yeni tamaşa hazırlayır

Sumqayıt Dövlət Dram Teatrı 50-ci yubiley mövsümünün ilk günü münasibəti ilə məktəblilər və kiçik yaşlı tamaşaçılar üçün Rus xalq nağılı əsasında "Ağıllı dovşan" tamaşası hazırlanır. Olaylar.az bildirir ki, tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Ayla Osmanova, quruluşçu rəssamı Nizami Dadaşov, səhnə hərəkəti plastika və rəqslərin qurluşçusu Ceyhun Dadaşovdur.

Tamaşada əsas obrazları teatrın aktyorları Şəhla Məmmədova, İlahə Səfərova, Kamran Muradlı, Mətləb Səfərov, Sevda Hüseynova, Elmir Mehdiyev, Vəfa Qurbanova, Dağlar Rüstəmov, Rövşad İlyasov, İradə Zeynalova, Rövşən Əsgərov, Cavanşir Eyyubzadə, Ceyhun Məhərrəmov ifa edirlər. Tamaşanın ilk nümayişi oktyabr ayının 17-də nəzərdə tutulub.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR