Müxtəlif mövzulu rəsmlər nümayiş olunacaq

"Art Tover" rəsm qalereyasında "Arts Council Azerbaijan" qeyri-hökumət təşkilatının təşəbbüsü ilə "Start" layihəsi çərçivəsində gənc və həvəskar rəssamların sərgisi açılıb. Sərgi "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Gənclər Şəbəkəsinin təşkilatçılığı ilə reallaşıb. Sərgidə 10-dan çox rəssamın müxtəlif mövzulu 40-dək sənət əsəri nümayiş edilir.

Layihənin məqsədi incəsənətin təbliğində gənclərin rolunu artırmaq, onların bu işin təbliğatçısı qismində çıxış etmələrinə dəstək olmaqdır.

"Arts Council Azerbaijan" qeyri-hökumət təşkilatının bu sərgini təşkil etməkdə məqsədi gənc nəslin incəsənətə olan marağını daha da artırmaq, Azərbaycan rəssamlarını tanıyıb və tanıtdırmaqdır. Sərgi bir həftə ziyarətçilər üçün açıq qalacaq.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR