Mövsümü “İt gəzdirən xanım” açıq elan edəcək

Sentyabrın 15 -də Azərbaycan Dövlət Pantomima Teatrı 26-cı teatr mövsümünü "İt gəzdirən xanım" adlı səhnə əsəri ilə açıq elan edəcək.

Bundan başqa, sənət ocağında sentyabrın 16-da "Pantomima buketi", sentyabrın 22-də "Vuvana" və 23-də isə "Dejevu" tamaşaları oynanılacaq.

Həmçinin sentyabrın 29-da teatrın repertuarında xüsusi yer tutan "Qoca və Mələk", 30-da isə maarifləndirici tamaşa olan "Fəlakət və İnsan" tamaşaları izləniləcək.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR