Bir sevgi tarixçəsindən bəhs edən film - “Səndən sonra” - VİDEO

"Film 81 yaşlı Tağı dayının həyatından bəhs edir. Tağı dayı 19 ildir ki, hər gün həyat yoldaşının məzarını ziyarət edir".

Bu sözləri açıqlamasında "Səndən sonra" filminin rejissoru Kamal Yaşar bildirib.

Xronometrajı 29 dəqiqə olan film Gəncə şəhərində çəkilib. Film ilk dəfə 2 avqust Milli Kino günündə sosial şəbəkə vaistəsilə tamaşaçılara təqdim edildi.

"Səndən sonra" filminin operatoru Pərvin Məmmədov, Sədan Zeynalov, montaj və qrafika Müşfiq Məmmədov, prodüsser Ramil Mustafa, rəng kolleksiyası Rəhman Fürqətoğludur. Filmi ingilis dilinə Hüseynli Saleh tərcümə edib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR