Azərbaycanda kino sahəsinin inkişafına dair yeni konseptual proqram hazırlanıb

"Azərbaycan kinosu ilə bağlı icra olunan sərəncamın müddəti bu il sona çatır. Bəzi bəndlər icra olunmamış qalıb. Ona görə də bu işin məntiqi davamı kimi Nazirlikdə kinematoqrafiya ittifaqları ilə birlikdə geniş fikir mübadiləsi aparılıb".

Bunu mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Onun sözlərinə görə, kino sahəsinin inkişafına dair yeni konseptual proqram hazırlanıb: "Azərbaycan kinosunun yeni şəraitdə fəaliyyətinin təkmilləşdirilməsi, gənc nəslin bu sahəyə daxil olması, eləcə də beynəlxalq səviyyəyə çıxmaq üçün tutarlı proqram işlənib. Yəqin ki, hökumətə müraciət edərək Azərbaycan kinosunun növbəti on ildə də inkişaf tempinin azalmaması üçün proqramın qəbul olunmamasını xahiş edəcəyik". 

"Report"

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR