Milli Kino Günü və Azərbaycan kinosunun 120 illik yubileyi qeyd olunacaq

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə avqustun 2-də saat 19:00-da Nizami Kino Mərkəzində Milli Kino Günü və Azərbaycan kinosunun yaranmasının 120 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək.

Nazirlikdən verilən məlumata görə, tədbirdə rejissor Yavər Rzayevin Azərbaycan kinosunun tarixinə və keçdiyi zəngin inkişaf yoluna həsr etdiyi sənədli film nümayiş etdiriləcək.

Eyni zamanda, mədəniyyət və incəsənət xadimlərinin, kino ictimaiyyətinin və həvəskarlarının iştirak edəcəyi mərasimdə bir qrup kino xadiminin mükafatlandırılması nəzərdə tutulub.

"Report"

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR